AZ

Rubio: İran raket ehtiyatının yarısını saxlayıb...

ABŞ dövlət katibi Tehran razılaşmaya getməsə, təzyiqlərin artırılacağını bildirib...

ABŞ dövlət katibi Marko Rubio bildirib ki, İran ABŞ və İsrailin əməliyyatının başlanmasından bəri raket potensialının təxminən yarısını sərf edib.

Poliqon xəbər verir ki, bu barədə Rubio Fox News telekanalına müsahibəsində danışıb. Onun sözlərinə görə, İranın istehsal gücləri və hərbi-dəniz qüvvələri artıq qalmayıb.

Rubio həmçinin xəbərdarlıq edib ki, Tehran Vaşinqtonla razılaşmaya getməsə, ABŞ İrana qarşı təzyiqləri daha da artıracaq.

Qeyd edək ki, ABŞ və İran arasında danışıqlar aprelin 11-də keçirilib. İkinci görüş isə bir neçə dəfə təxirə salınıb.

Poliqon.info

Seçilən
24
50
poliqon.info

10Mənbələr