AZ

Putin Abbas Əraqçi ilə görüşdü və dünyaya mesaj verdi:"İRANIN MÜTTƏFİQİ VAR"

Rusiya Prezidenti Vladimir Putin İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüşüb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Sankt-Peterburqda keçirilən görüşdə Rusiya tərəfdən XİN başçısı Sergey Lavrov, Prezidentin köməkçisi Yuri Uşakov, RF Silahlı Qüvvələri Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin rəisi İqor Kostyukov iştirak ediblər.

 

İran tərəfindən isə görüşə Əraqçi ilə yanaşı, İran XİN başçısının müavini Kazım Qərib-Abadi və İranın Moskvadakı səfiri Kazım Cəlali qatılıblar.

 

Rusiya Prezidenti görüşdə Moskvanın Yaxın Şərqdə sülhün daha tez bərqərar olması üçün İranın və regionun digər ölkələrinin maraqlarına uyğun olaraq əlindən gələni edəcəyini bildirib.

 

Putin əlavə edib ki, ötən həftə İranın ali lideri Müctəba Xameneidən məktub alıb.

 

Öz növbəsində, Əraqçi vurğulayıb ki, Tehranın Moskva ilə münasibətləri strateji tərəfdaşlığa əsaslanır və bundan sonra da "möhkəmlənəcək".

 

Qeyd edək ki, Rusiya Əraqçinin beynəlxalq turne çərçivəsində səfər etdiyi üçüncü ölkədir. Bu turne çərçivəsində o, aprelin 24-dən etibarən Pakistan və Omanda olub.


**09:00


İranın xarici işlər naziri Abbas Əraqçi Rusiyaya səfər edib və onun Prezident Vladimir Putin tərəfindən qəbul ediləcəyi gözlənilir.

 

Bu barədə IRNA xəbər agentliyi məlumat yayıb.

 

Agentliyin bildirdiyinə görə, Abbas Əraqçi aprelin 27-də səhər saatlarında Sankt-Peterburqa gəlib.

 

Bundan əvvəl məlumat verilmişdi ki, iranlı diplomat səfər çərçivəsində Yaxın Şərqdəki münaqişənin nizamlanması məsələlərini müzakirə etməyi planlaşdırır.

 

Seçilən
36
11
senzor.az

10Mənbələr