AZ

“HƏMAS” ın 14 kilometrlik tunel şəbəkəsi məhv edildi KONKRET

ain.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

Qəzza zolağının şimalında hərbi əməliyyatlarını genişləndirən İsrail ordusu (SAXAL) “HƏMAS” qruplaşmasının strateji infrastrukturuna sarsıdıcı zərbə endirib. Ordu rəhbərliyinin yaydığı rəsmi məlumata görə, 252-ci diviziyanın komandanlığı altında Şimal briqadası və “YAALOM” xüsusi mühəndis bölməsi tərəfindən həyata keçirilən genişmiqyaslı təmizləmə əməliyyatı uğurla davam edir. Əməliyyatların əsas mərkəzi “sarı xətt”dən şərqdə yerləşən Beyt-Hanun rayonu olub.

KONKRET.az xəbər verir ki, son bir neçə ay ərzində aparılan intensiv mühəndis-istehkam işləri nəticəsində qruplaşmaya məxsus təxminən 14 kilometr uzunluğunda yeraltı tunel şəbəkəsi aşkar edilərək tamamilə partladılıb. Məhv edilən yeraltı infrastrukturlarda terrorçuların uzunmüddətli qalması üçün nəzərdə tutulmuş yaşayış sahələri və müxtəlif növ ağır silahlarla dolu geniş anbarlar tapılıb.

Bundan əlavə, SAXAL rəsmiləri əməliyyat zamanı qarşı tərəfin ciddi canlı qüvvə itirdiyini də vurğulayıblar. Verilən məlumata görə, şimal bölgəsində aparılan döyüşlərdə qruplaşmanın 70-ə yaxın yaraqlısı zərərsizləşdirilib. İsrail hərbi komandanlığı bölgənin tamamilə silahlardan təmizlənməsi və yeraltı təhdidlərin aradan qaldırılması üçün əməliyyatların plan üzrə davam etdiriləcəyini bəyan edib.

Natiq Səlim,

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
25
konkret.az

1Mənbələr