Axsham.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Əməkdar artist Zaur Əmiraslanov açıqlaması ilə diqqət çəkib.
Axşam.az xəbər verir ki, sənətçi “Xəzər axşamı” verilişində maraqlı fikirlər səsləndirib. O, bəzi həmkarlarının onunla eyni efirdə olmaq istəmədiyini deyib:
“Arıqlamışam, istədim ki, yer az tutum bu haqsız dünyada. Heç kimi narahat etməyim. Velosipedlə, motosikletlə bir kənardan gedim. Mən çox adamı narahat edirəm – səsimlə, tərzimlə, duruşumla, qabiliyyətimlə, əxlaqımla... Hələ sənətimi bir kənara qoyuram. Bizdən də böyük sənətkarlar var. Allah onlara can sağlığı versin.
Tədbirlərdə, efirlərdə mənə maneələr çoxdur. Bir yerdə başladığımız kateqoriyadakı müğənnilər seçicilik edirlər ki, Zaur bizimlə verilişə gəlməsin. Bilirsiniz niyə? Çünki Zaur canlı ifa edib zilə çıxacaq və hər şey puç olacaq. Sənətkarın belə qorxusu yoxdur”.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.