AZ

Serbiya Prezidenti Qərbin ikili standartlarını tənqidETDİ

Serbiya Prezidenti Aleksandr Vuçiç  Qərbə təklif edib ki, qərbli siyasətçilərin serblərə Kosova və Metohiya problemi barədə dedikləri kimi, ukraynalıları da Krım məsələsində "keçmişə baxmamağa" çağırsınlar.

Redaktor.az xəbər verir ki, bu barədə o , "The rest is politics" podkastında danışıb

Vuçiç 1999-cu ildə NATO ilə baş vermiş münaqişəyə və Kosova probleminə münasibətini bildirib. Serbiya Prezidenti qeyd edib ki, Qərb dövlətləri Belqrada "keçmişə baxmamağı" təklif edirlər.

O, "Niyə bənzər ifadəni ukraynalılara Krım və 2014-cü il hadisələri barədə demirlər?" sualını ünvanlayıb. "Siz bunu heç vaxt etməyəcəksiniz... Mən çoxsaylı Qərb rəsmilərindən belə bir şey eşitməmişəm", - deyə Vuçiç əlavə edib.

Mart ayında Serbiya Prezidenti bəyan etmişdi ki, NATO qüvvələrinin Yuqoslaviyanı bombalamağa başladığı gün beynəlxalq hüququn sonu gəlib və sonrakı münaqişələr həmin pozuntunun nəticəsidir.

Xədicə BAXIŞLI

Seçilən
42
1
redaktor.az

2Mənbələr