AZ

21 zolaqlı yoldan keçərkən avtomobil vurduVİDEO

Çoxzolaqlı yolu keçmək istəyən qadını avtomobil vurub.

Xezerxeber.az xəbər verir ki, "Koroğlu" metro stansiyasının yaxınlığında piyadavurma hadisəsi qeydə alınıb.

Həmin yoldan mütəmadi istifadə edən şəxslər bildirirlər ki, ərazidə tez-tez piyadavurma halları baş verir. Dəmir maneələr quraşdırılsa da, bəzi vətəndaşlar buna əhəmiyyət vermir.

Məsələ ilə bağlı Baş dövlət yol polis idarəsindən bildirildi ki ağırlıq dərəcəsi yüksək olan bu yol-nəqliyyat hadisəsində sürücü diqqətsizliyi ilə yanaşı, piyada məsuliyyətsizliyi həlledici rol oynayır.

Qeyd edək ki cari ilin ilk 3 ayı ərzində piyadaların vurulması ilə nəticələnən 106 yol-nəqliyyat hadisəsi qeydə alınıb ki, bu da respublika üzrə ümumi yol qəzalarının 42.1 faizini təşkil edir. Sözügedən qəzalarda 59 nəfər həlak olub, 49 nəfər isə yaralanıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
13
xezerxeber.az

1Mənbələr