Ölkədə lizinq faizlərinin azalması gözlənilir.
Xezerxeber.az xəbər verir ki, bunu Millət vəkili Vüqar Bayramov Milli Məclisin bu gün keçirilən plenar iclasında "Maliyyə icarəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, hazırda lizinq faizləri yüksəkdir və yeni qanun layihəsi bu sahəni tənzimlənməyə hesablanıb.
Sözügedən qanun layihəsinin müzakirəsi zamanı bildirilib ki, lizin şirkətləri fəaliyyət göstərmək üçün mərkəzi bank tərəfindən reysterə daxil edilməlidir. Lizin şirkətlərinə bununla bağlı kifayət qədər vaxt da veriləcək. Yeni qanunvericiliklə nəzərdə tutulan müddətdə qanunun tələblərinə əməl etməyən şəxslər yeni maliyyə icarəsi müqavilələri bağlamamalı, mövcud lizinq müqavilələrinin müddətinin uzadılmasına yol verməməlidir. Həmçinin firma adında "maliyyə icarəsi", "maliyyə lizinqi", "lizinq" sözləri və ya bu sözlərdən ibarət söz birləşməsi olduğu halda, həmin sözlərin adından çıxarılması üçün normativ hüquqi aktlara uyğun olaraq tədbirlər görməlidirlər.
İclasda həmçinin Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsi də müzakirəyə çıxarılaraq qəbul edilib. Layihəyə əsasən narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulan peşə növlərinə və vəzifələrə işə qəbul edilərkən işçilər dövlət narkoloji tibb müəssisəsi tərəfindən verilən tibbi müayinə haqqında rəy təqdim etməli olacaqlar. Bu arayış və rəy olmadan işçinin müvafiq peşə və vəzifəyə işə qəbul edilməsi qadağan olunacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.