AZ

Nərimanovda "Effekt- İnşaat"ın binası təhlükə saçır: Avtomobil yararsız hala düşdü - VİDEO

Nərimanov rayonunda "Effekt- İnşaat"ın binası sakinlər üçün təhlükəyə çevrilib. Uzun müddətdir ki, binanın üz qabığı qoparaq yoldan keçənlərin, həyətdə saxlanılan maşınların üzərinə tökülür.

Bu barədə Sitat.info-ya sakinlər məlumat verib və videofakt göndəriblər. 

Görüntülərdən də aydın olduğu kimi, qopan parçalar o qədər böyük və təhlükəlidir ki, avtomobilin şüşəsi parçalanaraq yararsız hala düşüb. 

Qeyd edək ki, yaxınlıqda uşaq bağçası var və bu yol valideynlərin, azyaşlıların hərəkət etdiyi yoldur. İllərdir bu vəziyyət belə davam edir, dəfələrlə aidiyyatı qurumlara müraciət edilsə də məsələyə baxılmır. Bu videoda gördüyünüz vəziyyət sonuncu hadisə olsa da, ilk deyil. 

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. 

Daha ətraflı videodan izləyə bilərsiniz. 

Seçilən
19
1
sitat.info

2Mənbələr