Rövzət Qasımov yenidən MSK sədrinin müavini seçilib.
Rövzət Qasımov Azərbaycan Respublikasının Milli Məclisində deputatları çoxluq təşkil edən və onun namizədliyini təqdim edən siyasi partiyanı təmsil edir.
Bundan başqa, katib vəzifəsinə isə Arifə Muxtarova və Mikayıl Rəhimov seçiliblər.
Mikayıl Rəhimov Milli Məclisdə deputatları azlıq təşkil edən və onun namizədliyini təqdim edən siyasi partiyanı, Arifə Muxtarova isə Milli Məclisdə heç bir siyasi partiyaya mənsub olmayan və onun namizədliyini təqdim edən deputatları təmsil edir.