AZ

Həkim qızardılmış balıq sevənlərə xəbərdarlıq etdi

Demokrat.az saytından alınan məlumata görə, ain.az bildirir.

Həkim-qastroenteroloq Guliya Maksyutova manqalda hazırlamaq üçün balıq seçərkən diqqət edilməli olan məqamlar barədə tövsiyələrini bölüşüb.Demokrat.az xəbər verir ki, UfaTime.ru saytına müsahibəsində mütəxəssis, həmçinin bu növ yeməkləri sevənlərə xəbərdarlıq edib.Maksyutova bildirib ki, məhsulun təravətli olması ən mühüm şərtdir. O, acımış qoxusu olan, sarımtıl və ya boz rəngə çalan balıqları almamağı tövsiyə edib. Həmçinin əti dağılan (boş), yapışqan və ya həddindən artıq quru olan məhsullardan uzaq durmağın vacibliyini vurğulayıb. Həkim, eyni zamanda, üzərində qalın buz qatı olan balıqları almamağı məsləhət görüb.Qastroenteroloqun sözlərinə görə, manqal üçün ən ideal seçimlər bunlardır:Qırmızı balıqlar: Sömvə (semqa), qızılbalıq (losos), qızılxallı balıq (forel), qozbel qızılbalıq (qorbuşa);Yağlı balıqlar: Skumbriya;Sıx ətli ağ balıqlar: Dorada və ya sibas.Həkim balığın 60 dəqiqədən çox marinad edilməməsini tövsiyə edib.Leyla

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
69
demokrat.az

1Mənbələr