AZ

“Sülh və Barışıq üçün Gernika mükafatı” Azərbaycanın sülh modelinin beynəlxalq səviyyədə qəbulu və təsdiqidir - Vüqar Rəhimzadə

Bakı. Trend:

Qlobal problemlərin təhlili, siyasi dialoqun təşviqi vəbeynəlxalq tərəfdaşlığın möhkəmləndirilməsi baxımından mühümstrateji platforma statusunu qazanan Qlobal Bakı Forumunun “Keçiddövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması”mövzusunda ötən ay keçirilən sayca 13-cü toplantısı Azərbaycanınsülh təcrübəsinin, təkmil sülh modelinin təqdimatı kimi tarixəyazıldı. Dövlət başçısı İlham Əliyev bu platformadan da“Təhlükəsizlik, sabitlik və müdafiə məsələləri hər bir ölkəningündəliyində bir nömrəli prioritet olmalıdır” çağırışını etdi vəbildirdi ki, çünki bunlar olmadan qalan bütün məsələlər tamamiləmənasızdır. Öz inkişafı uğrunda illər, onilliklər ərzində səygöstərmiş ölkələr indi ciddi risklərlə üzləşirlər. Təhlükəsizlik vəsabitlik əsas amillər olmalıdır və biz səylərimizi məhz buistiqamətdə birləşdirməliyik. Regional təhlükəsizlik Azərbaycanüçün hər zaman bir nömrəli məsələ olub.

Azərbaycan 30 illik işğal dövrünün reallıqlarını ən yüksəktribunalardan beynəlxalq ictimaiyyətə bu gün də çatdırmaqistiqamətində səylərini artırır. İnformasiya cəbhəsindəüstünlüyümüzü qorumaq prioritet məsələlərdəndir. Azərbaycanıntarixi faktlara, real həqiqətlərə söykənən təbliğatının uğurlunəticələri həm 44 günlük İkinci Qarabağ müharibəsində qazandığımıztarixi Zəfərində, həm bir günlük antiterror tədbirləri nəticəsindəsuverenliyimizin tam bərpasında, həm də tarixi sülh razılaşmasınınəldə edilməsində özünün aydın ifadəsini tapir. 30 illik işğaldövründə sülh və suverenliyimizin bərpası hər zaman Azərbaycanıngündəliyinin əsası idi. Bu gün isə artıq sülh şəraitindəyaşamaqdan, regionda dayanıqlı sülhün, təhlükəsizliyinyaranmasından bəhs edirik. Dövlətimizin başçısı İlham Əliyevin qeydetdiyi kimi, bu, bir daha göstərir ki, sülh və ədalət uğrunda güclüsiyasi iradə, cəsarət və sadiqlik nümayiş etdirmək kifayətdir ki,məqsədə nail olunsun.

Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı VüqarRəhimzadə bildirib.

Milli Məclisin deputatı vurğulayıb ki, Azərbaycan tarixi Zəfərivə suverenliyinin tam bərpası ilə bəzi dünya güclərinə ikilistandartlara əsaslanan siyasətlərində dəyişiklik etməyin zamanıolduğunu, yeni münaqişə ocaqlarının, qarşıdurmaların, problemlərinyaranmasında belə yanaşmaların nə qədər böyük rol oynadığınınəsaslı şəkildə çatdırdı. 30 il dünyadan ədalət gözləyən ölkəninhazırda sülh şəraitində yaşaması özündə bugünümüz və gələcəyimizüçün sülhün, təhlükəsizliyin təmin edilməsində zəngin təcrübədir,nümunədir. Azərbaycan 2020-ci ilin 44 günlük Vətən müharibəsizamanı ərazilərimizi güc vasitəsilə azad etmək təcrübəsini qazandı.Prezident İlham Əliyev bu məqamı da xüsusi vurğulayır ki, əgər sülhyolu ilə həll üçün bütün ümid itir, ancaq həqiqət və ədalət,beynəlxalq hüquq sizin tərəfinizdədirsə, sülhə nail olmaq üçüngücdən istifadə etmək zəruridir. Məhz belə də oldu. Biz əvvəlcə güctətbiq etməklə, daha sonra isə siyasi yollarla Ermənistanla sülhənail olduq. Biz artıq sülhün üstünlüklərini görürük. İşğala, etniktəmizləməyə və soyqırımına məruz qalmış, suverenliyini, ərazibütövlüyünü və ləyaqətini güc tətbiqi ilə bərpa etmiş, daha sonraisə o zaman məğlub olmuş düşmənə sülh təklif etmiş ölkə olmağımızbeynəlxalq ictimaiyyətlə paylaşa biləcəyimiz nadir birtəcrübədir.

Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycanın dayanıqlı sülhün,təhlükəsizliyin təmin edilməsinə, siyasi dialoqun təşviqinə verdiyitöhfələr beynəlxalq səviyyədə təqdir edilir. Dövlət başçısı İlhamƏliyevin 2021-ci ilin noyabrında Türk Dünyasının Ali Ordeninə, builin fevralında “Zayed İnsan Qardaşlığı Mükafatı”na, aprelin 26-daisə “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülməsi dəözündə mühüm məqamları ehtiva edir. Türk Dünyasının Ali Ordeninintəqdimolunma mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bufikirləri xüsusi qeyd etmişdir ki, otuz il davam edən işğala 44gündə son qoyulması təkcə azərbaycanlı qardaşlarımız deyil, bütünTürk dünyası üçün böyük əhəmiyyət daşımaqdadır. Vətən müharibəsinəticəsində illərdir tətbiq olunmayan BMT Təhlükəsizlik Şurasınınqətnamələri həyata keçirilmişdir. Azərbaycan bu yolla beynəlxalqictimaiyyətin yaddaşına ədalət mesajını həkk etmişdir. Azərbaycanınərazi bütövlüyünü yenidən təmin etməsi Türk dünyasının birliyini vəbərabərliyini genişləndirmişdir.

Dövlətimizin başçısı İlham Əliyevin bu ilin fevralında “Zayedİnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi Azərbaycanın dayanıqlısülhə verdiyi töhfələrin növbəti təqdimatı oldu. Mükafatıntəqdimolunma mərasimi Birləşmiş Ərəb Əmirliklərinin paytaxtıƏbu-Dabi şəhərində keçirildi. Sözügedən mərasimdəki çıxışında“Birləşmiş Ərəb Əmirliklərinin banisi, mərhum Şeyx Zayedin adınıdaşıyan bu mükafata layiq görülmək mənim üçün böyük şərəfdir. O,elə bir böyük lider idi ki, onun uzaqgörənliyi və fəaliyyəti BƏƏ-nidünyanın ən firavan və ən uğurlu ölkələrindən birinə çevirmişdir”söyləyən Prezident İlham Əliyev bildirdi ki, bizim nümunəmizöyrənilməli və hələ də müharibə vəziyyətində olanlar üçün yolxəritəsi kimi istifadə edilməlidir. Bizim nümunəmiz göstərir ki,uzunmüddətli münaqişəyə, əzablara və qarşılıqlı etimadsızlığabaxmayaraq, sülh mümkündür. Hər iki tərəfdən güclü siyasi iradəmövcud olduğu və həmin proses dost ölkələr və beynəlxalqictimaiyyət tərəfindən dəstəkləndiyi halda, sülh mümkündür.

Millət vəkili bildirib ki, Prezident İlham Əliyev bu günlərdədaha bir mötəbər beynəlxalq mükafata - “Sülh və Barışıq üçünGernika mükafatı”na layiq görüldü. Bu mükafat münaqişələrin həllinəvə dialoqun gücləndirilməsinə töhfə verən siyasi və ictimailiderlərə verilir. Azərbaycan Prezidenti İlham Əliyevin CənubiQafqaz regionunda sülh gündəliyinin müəllifi olması, dayanıqlısülhün və təhlükəsizliyin təmin edilməsinə xidmət göstərən sülhsazişinin imzalanmasına nail olması bütün dünyada qəbul olunmuşreallıqdır. Ölkə Prezidenti bu münasibətlə keçirilən təqdimolunmamərasiminin iştirakçılarına müraciətində vurğulayır ki, Azərbaycanilə Ermənistan arasında sülhün əldə olunması və dialoqun təşviqiistiqamətində göstərdiyim səylərə görə “Sülh və Barışıq üçünGernika mükafatı”na layiq görülməyim ilə əlaqədar Gernika-Lumo vəPforshaym şəhər Şuralarına, Gernika Sülh Muzeyinə, Mədəniyyət evinəvə “Gernika Qoqoratuz” Sülh Araşdırmaları Mərkəzinə dərinminnətdarlığımı ifadə edirəm. Gernika faciəsinin tarixi yaddaşınıyaşatmaq, sülh və barışıq proseslərində töhfəsi olan insanlarıtanıtmaq məqsədi daşıyan bu mötəbər mükafata layiq görülmək böyükşərəfdir. Prezident İlham Əliyev həmin müraciətində bir daha bureallığı diqqətə çatdırır ki, 30 ilə yaxın müddət ərzində münaqişəşəraitində yaşamış, müharibənin ağır fəsadları ilə üzləşmişAzərbaycan xalqı da sülhün və barışığın dəyərini çox yaxşı anlayır.Azərbaycan bu gün sülh şəraitində yaşamağın nə olduğunu öyrənir.Biz eyni zamanda sülhü möhkəmləndirmək və onu əməli fəaliyyətəçevirmək üçün addımlar atırıq və artıq hər iki cəmiyyətimiz sülhüniqtisadi, ticari və digər sahələrdə real faydalarının şahidi olur.İki ölkə arasında etimad quruculuğu tədbirləri davamlı sülhünbərqərar olmasında mühüm rol oynayır. Dövlət səviyyəsində atılanaddımlarla yanaşı, vətəndaş cəmiyyətinin nümayəndələri arasındamütəmadi görüşlər bu prosesə müsbət töhfəsini verir. Dövlətimizinbaşçısı İlham Əliyev bu müraciətində belə bir çağırışı da diqqətəçatdırır ki, “Sülh və Barışıq üçün Gernika mükafatı” yalnız artıqəldə olunmuş nailiyyətlərin tanınması deyil, həm də beynəlxalqbirliyin ortaq rifahı, sülh naminə atılacaq gələcək addımlarbaxımından mühüm ruhlandırıcı stimul və məsuliyyətdir.

Vüqar Rəhimzadə qeyd edib ki, tarixi Zəfərimizin vəsuverenliyimizin tam bərpasının yaratdığı reallıqlar fonundaregionda və dünya siyasətində yeniliklər yaranıb. Yeni dünyanizamının formalaşdırılması əsas çağırışlar sırasındadır. Təbii ki,burada söhbət ədalətə, beynəlxalq hüququn norma və prinsiplərinəsöykənən dünyanın formalaşmasından gedir. Azərbaycan ölkələrarasında münasibətlərin inkişafında hər zaman qarşılıqlı etimadmühitinin qorunmasını prioritet məsələ kimi öndə saxlayır. Ölkəmizsülh və əməkdaşlıq gündəliyinin müəllifi kimi beynəlxalqmünasibətlər sistemində yerini və mövqeyini möhkəmləndirir. “Sülhvə Barışıq üçün Gernika mükafatı” Azərbaycanın bu reallıqlarınınbeynəlxalq səviyyədə qəbulu və təsdiqidir.

Məqalədə:
Seçilən
3
49
az.trend.az

10Mənbələr