AZ

Jurnalistlər üçün növbəti məlumatlandırma sessiyası keçirilib -

Medianın İnkişafı Agentliyi, ADA Universiteti və WUF13 Azərbaycan Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində media nümayəndələri üçün növbəti məlumatlandırma sessiyası keçirilib.

Metbuat.az xəbər verir ki, tədbirin açılış mərasimində çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli bildirib ki, WUF13 kimi beynəlxalq platformalar dayanıqlı şəhərsalma yanaşmalarının müzakirəsi və qabaqcıl təcrübələrin paylaşılması baxımından mühüm rol oynayır. Onun sözlərinə görə, media nümayəndələrinin bu mövzuları dərindən araşdıraraq ictimaiyyətə düzgün və dolğun şəkildə çatdırması xüsusi əhəmiyyət daşıyır. ADA Universitetinin Akademik işlər üzrə prorektorunun müşaviri, İxtisasartırma proqramlarının rəhbəri Aygün Hacıyeva qeyd edib ki, universitet Medianın İnkişafı Agentliyi və media nümayəndələri ilə sıx əməkdaşlıq edir. O vurğulayıb ki, son illərdə 600-ə yaxın media təmsilçisinin milli və qlobal əhəmiyyətli mövzularda təlimlərə cəlb olunması ölkədə media savadlılığının artırılmasına mühüm töhfədir. Aygün Hacıyeva əlavə edib ki, ADA Universiteti müasir şəhərsalma və dayanıqlılıq məsələlərinə xüsusi diqqət ayırır.BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Kommunikasiya direktoru Katerina Bezqaçina isə çıxışında WUF13-ün Azərbaycanda keçirilməsinin media üçün yeni imkanlar yaratdığını deyib. O bildirib ki, forum jurnalistlərə qlobal ekspertlərlə birbaşa ünsiyyət qurmaq, beynəlxalq təcrübəni yaxından izləmək və şəhərsalma sahəsində aktual mövzuları yerində işıqlandırmaq imkanı verəcək.Sessiya çərçivəsində WUF13 Azərbaycan Əməliyyat Şirkətinin Substantiv məzmun şöbəsinin müdiri Cəmilə İsmayılzadə “WUF13 mövzuları və dialoqlar”, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin şöbə müdiri Çağrı Kərimzadə “Bakı şəhəri üzrə Baş Plan”, WUF13 Azərbaycan Əməliyyat Şirkətinin nümayəndələri Səbinə Məmmədova və Leyla Səfərli “WUF13 tədbirində müyəssərlik və inklüzivlik”, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndəsi Nərgiz Gülmalıyeva isə “Yaşıl nəqliyyat və mikromobillik” mövzusunda təqdimatlarla çıxış ediblər.Bildirilib ki, WUF13 çərçivəsində müzakirə olunan mövzular dayanıqlı və inklüziv şəhər mühitinin qurulması, strateji şəhər planlaşdırılması, ekoloji cəhətdən səmərəli nəqliyyat həllərinin tətbiqi kimi əsas istiqamətləri əhatə edir. Bu yanaşmaların kompleks tətbiqi şəhər həyatının keyfiyyətinin yüksəlməsinə və uzunmüddətli inkişafın təmin olunmasına xidmət edir.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Seçilən
2
15
metbuat.az

10Mənbələr