AZ

WUF13-də dövlət başçıları və şəhər merləri iştirak edəcək

Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasında (WUF13) çoxsaylı dövlət başçılarının iştirak edəcəyi gözlənilir. BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Kommunikasiya direktoru Katerina Bezqaçina jurnalistlərə açıqlamasında bildirib ki, bu qlobal forum BMT-yə üzv olan 193 ölkənin hamısına dəvət göndərilib. Forumda ölkələrin bir çoxu ya nazirlər, ya nazir müavinləri, ya da şəhər merləri səviyyəsində təmsil olunacaq.

Bezqaçina WUF13-ün BMT-Habitat tərəfindən urbanistika və yaşayış inkişafı sahəsində keçirilən əsas tədbir olduğunu  da vurğulayıb. Qeyd edib ki, Azərbaycan da forumda öz təcrübəsini təqdim etmək imkanı əldə edəcək: “Bu tədbir Azərbaycan üçün öz təcrübəsini bölüşmək, topladığı bilik və təcrübəni təqdim etmək imkanıdır. Urban Expo adlı sərgidə Azərbaycan üçün xüsusi pavilyonlar təşkil ediləcək. Bu, öz proqramlarını, layihələrini, urbanistik inkişaf, şəhərsalma və mənzil problemlərinin həlli sahəsində təcrübəsini təqdim etmək imkanı yaradacaq. Forum iştirakçıları bu proqramlar və layihələrlə tanış ola biləcəklər, maraq göstərənlər isə əlaqə qurmaq və bu təcrübəni tətbiq etmək imkanlarını öyrənə biləcəklər”.

Züleyxa ƏLİYEVA, 

“Azərbaycan”

Seçilən
45
3
azerbaijan-news.az

4Mənbələr