AZ

Ramiz Yunus Ukraynada YÜKSƏK ADA layiq görüldü - Video

Tanınmış siyasi elmlər professoru Ramiz Yunus Ukraynanada yüksək ada layiq görülüb. Belə ki, azərbaycanlı professor Ukrayna Siyasi və Hüquq Elmləri Akademiyasının üzvü, akademiki seçilib, diplomla təltif olunub.

Bununla bağlı TV Musavat-a danışan Ramiz Yunus Ukraynadan gələn bu xəbərin onun üçün gözlənilməz olduğunu deyib:e

“Mənim Ukraynanın Siyasi və Hüquq Elmləri Akademiyasının üzvü seçilməyim və diplomla təltif olunmağım mənim üçün gözlənilməz oldu. Xüsusilə də bu diplomu Volodimir Zelenskinin Azərbaycana səfəri ərəfəsində almağım, fəaliyyətimin bu şəkildə yüksək qiymətləndirilməsi və bir azərbaycanlı olaraq bu akademiyanın üzvü seçilməyim mənim üçün həm böyük şərəf, həm də böyük məsuliyyətdir. İnanıram ki, hamımız bundan fayda görəcəyik”.

Daha ətraflı videosüjetdən izləyə bilərsiniz:

Xalidə Gəray
Rafət Şahbazov
Musavat.com

Seçilən
45
musavat.com

1Mənbələr