AZ

ABŞ ordusu Sakit Okeanda narkotik daşıyan qayığı vurub

ABŞ ordusu Sakit okeanda narkotik daşıdığı iddia edilən bir qayığı hədəf alıb.

Anadolu Agentliyi xəbər verir ki, ABŞ ordusunun açdığı atəş nəticəsində qayıqda olan 3 nəfər ölüb.

Komandanlıq qayıqda narkotik qaçaqmalçılığı edildiyini kəşfiyyat məlumatları ilə təsdiqlədiyini bildirib və hücum anının görüntülərini paylaşıb. Bu, son günlərdə baş verən ilk belə hadisə deyil. Aprelin 24-də də oxşar əməliyyatda 2 nəfər öldürülmüşdü.

ABŞ ordusunun Karib dənizi və Sakit okeanda şübhəli qayıqları birbaşa atəşlə hədəf alması dünyada böyük müzakirələrə səbəb olub. Bir çox beynəlxalq ekspert və qurum belə birbaşa hücumları “məhkəməsiz edam” adlandıraraq ABŞ-ni tənqid edib.

Təhminə VERDİYEVA,

“Azərbaycan”

Seçilən
21
azerbaijan-news.az

1Mənbələr