AZ

Aİ-nin Gürcüstandakı nümayəndəliyi: Üzvlük ölkə üçün sülh və rifahın ən yaxşı təminatıdır

BAKI, 27 aprel. TELEQRAF

Avropa İttifaqının (Aİ) Gürcüstandakı nümayəndəliyi səfir Pavel Qerçinski ilə Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili arasında baş tutan görüşlə bağlı açıqlama verib.

Teleqraf xəbər verir ki, bəyanatda Aİ-nin Gürcüstan üçün "qapılarının açıq olduğu" növbəti dəfə xatırladılıb.

Qeyd olunub ki, qurum rəsmi Tbilisini mövcud olan tarixi fürsəti əldən verməməyə çağırır:

"Avropa İttifaqı heç kimi öz ailəsinə daxil olmağa məcbur etmir. Biz Gürcüstan hakimiyyətini hələ də mövcud olan tarixi fürsəti qaçırmamağa çağırırıq. Eyni zamanda hesab edirik ki, Aİ-yə üzvlük ölkə üçün sülh və rifahın ən yaxşı təminatıdır".

Xatırladaq ki, bundan əvvəl Maka Boçorişvili ölkəsinin Avropa İttifaqı tərəfindən göstərilən təzyiq və təhdidləri qəbul etməyəcəyini bəyan etmişdi.

Seçilən
53
teleqraf.com

1Mənbələr