
Mərkəzi Seçki Komissiyası yüksək səviyyədə işləyir.
Missiya.Az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında deyib.
O, MSK-nın şəffaf fəaliyyətini gələcəkdə də davam etdirəcəyini vurğulayıb:
"Milli Məclis adından sizləri təbrik edirəm, hər birinizə uğurlar arzulayıram. Mən Milli Məclisdə də fikirlərimi bildirdim ki, komissiya yüksək səviyyədə işləyir. MSK-nın strukturu effektiv çalışır, Sıralarınızda cavan kadrları görürəm. Gələcəkdə də şəffaflıq və obyektivliklə fəaliyyətinizin davam edəcəyini düşünürəm".