Bakı. Trend:
İsrail Livanın cənubunda və şərqində, o cümlədən Biqa vadisindəHizbullah hərəkatına aid obyektlərə zərbələr endirməyəbaşlayıb.
Trend xəbər verirki, bu haqda İsrail Müdafiə Qüvvələrinin (İDF) mətbuat xidmətiməlumat yayıb.
“IDF Beka vadisindəki “Hizbullah” obyektlərinə, eləcə də Livanıncənubundakı bir sıra rayonlara silsilə zərbələr endirməyəbaşlayıb”, -deyə mətbuat xidmətinin məlumatında qeyd olunur.
İsrail ordusu son 3 həftə ərzində ilk dəfədir ki, Livanın Biqavadisinə zərbələr endirir.
Livan (Hizbullah) – İsrail münaqişəsinin hazırkı mərhələsi 2martdan etibarən yenidən alovlanıb və toqquşmalar 28 fevraldaABŞ-İsrailin İrana qarşı başladığı müharibədən sonra "Hizbullah"ınİsrailə raket hücumları ilə genişlənib.
Son məlumatlara görə, İsrailin genişmiqyaslı hava və quruəməliyyatları nəticəsində Livanda 2 mindən çox insan həlak olub, 1milyondan çox insan köçkün düşüb. İsrail isə minlərlə "Hizbullah"döyüşçüsünün zərərsizləşdirildiyini bildirir. "Hizbullah" isəİsrailə minlərlə raket və PUA hücumu həyata keçirib.