ain.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakıdan Qazaxa gedən “Mercedes Sprinter” markalı mikroavtobusun Şəmkir rayonunun Dəllər Cəyir kəndi ərazisində qəzaya düşməsi və nəticədə 7 sərnişinin həlak olması ilə bağlı araşdırmalar başa çatıb.
Gununsesi.info xəbər verir ki, bu hadisəyə görə mikroavtobusun sahibinin oğlu həbs olunub.
Abbas Bağırovun məhkəməsi yekunlaşıb və o, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 nəfərin ölümüylə nəticələnmiş yol qəzasının baş verməsində təqsirli bilinərək, 8 il azadlıqdan məhrum edilib.
O, həmçinin əlavə cəza olaraq, 4 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan da məhrum edilib.
Məlumata görə, 1989-cu il təvlllüdlü Abbas Bağırov “166 Beynəlxalq Yükdaşıma şirkətində” sürücü işləyirmiş. O, hadisə günü ilk dəfə imiş ki, Qazax-Bakı və əks istiqamətdə hərəkət edən, atasına məxsus mikroavtobusda köməkçi sürücü kimi işə çıxıbmış.
Hadisə 7 avqust 2025-ci ildə Bakıdan qayıdanda səhər saat 5 radələrində baş verib.
Sərnişinlərin dediyinə görə, yolun yarısında Abbas Bağırov sükanı əsas sürücü Arif Bağırovdan alıb və idarə etməyə başlayıb.
7 nəfərin öldüyü hadisəyə səbəb isə sürücünün yuxulu olması və bu səbəbdən mikroavtobusun qarşıda gedən “KAMAZ”ın arxa hissəsinə çırpılması olub.
Gununsesi.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.