ain.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.
Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirliyinin əməkdaşları Xankəndi şəhərinə səfər edib.
Gununsesi.info-nun xəbərinə görə, səfir Ralf Horleman və səfirliyin əməkdaşları Xankəndidə infrastrukturun yenilənməsi, müasir şəhər mühitinin formalaşdırılması istiqamətində işlərlə tanış olub.
Qonaqlara bildirilib ki, Xankəndidə infrastrukturun yenilənməsi, müasir şəhər mühitinin formalaşdırılması istiqamətində işlər ardıcıl şəkildə davam etdirilir.
Bərpa-quruculuq tədbirləri ilə yanaşı, doğma yurdlarından köçkün düşmüş sakinlərin Xankəndiyə qayıdışı da təmin olunur. Artıq şəhərlə yanaşı, Kərkicahan qəsəbəsinə köç prosesi həyata keçirilib və bu istiqamətdə tədbirlər mərhələli şəkildə davam etdirilir. Diplomatik nümayəndələr şəhər gəzintisi zamanı Zəfər meydanı və Qarabağ Universitetində olublar.
Onlar ali təhsil müəssisəsinin fəaliyyəti və tələbələr üçün yaradılan şəraitlə də maraqlanıblar.
Gununsesi.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.