AZ

İran ABŞ-yə MEYDAN OXUDU: Şərtlərimiz qəbul edilməlidir

Vaşinqton "ağıllı davranmaq istəyirsə", İranın müzakirələrdə irəli sürdüyü şərtləri qəbul etməlidir.

Day.Az xəbər verir ki, bunu İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sözçüsü İbrahim Rzai ABŞ ilə aparılan danışıqlara dair sərt münasibət bildirərkən deyib.

Rzai region ölkələrinin və neft alıcılarının Hörmüz boğazındakı gərginlik səbəbilə ABŞ-yə təzyiq etdiyini iddia edib. Onun sözlərinə görə, həmin ölkələr boğazın açılması üçün Vaşinqtondan lazımi şərtlərin təmin edilməsini tələb edir.

Rəsmi həmçinin Hörmüz boğazından keçidlərin ödənişli olması ilə bağlı parlamentdə iş aparıldığını və İranın müəyyən etdiyi 10 şərtdən geri çəkilməyəcəyini vurğulayıb. O, boğazla bağlı əvvəlki rejimə qayıdışın mümkün olmadığını da əlavə edib.

Seçilən
53
day.az

1Mənbələr