AZ

Şəhid qızı ailə həyatı qurdu – FOTO

44 günluk Vətən müharibəsinin şəhidi çavuş Xaqani Murtuzəliyevin qızının toy məclisi olub.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Zaqatala rayonu Qımır kənd sakini, 44 günlük Vətən müharibəsinin şəhidi, çavuş Xaqani Murtuzəliyevin qızı Bəyim Murtuzəliyeva ailə həyatı qurub.  
 

Toy məclisi paytaxt Bakı şəhərindəki şadlıq evlərindən birində baş tutub. Məclisdə şəhidin ailə üzvləri, qohumları eləcə də Milli Məclisin üzvləri, döyüş yoldaşları və xeyli sayda şəhid ailələrinin üzvləri və qazilər iştirak ediblər.


Şəhid Xaqani Murtuzəliyevin anası Südabər xanım və həyat yoldaşı Ülviyyə xanım təşrif buyuranlara, ailəyə diqqət göstərənlərə minnətdarlıqlarını bildirib. 






Tural Rasimoğlu, Bizim.Media, Şimal-qərb bürosu

Seçilən
24
1
bizim.media

2Mənbələr