ain.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Xəbər verdiyimiz kimi, bu gün Milli Məclis tərəfindən Mərkəzi Seçki Komissiyasının yeni tərkibi təsdiqlənib. Yeni tərkibdə üç yeni şəxs təmsil olunacaq. Onlardan ikisi Yeni Azərbaycan Partiyasını, biri isə bitərəf deputatları təmsil edir.Bizim.Media həmin şəxslərin dosyesini təqdim edir:
MÖVZU İLƏ BAĞLI:MSK-nın yeni tərkibi təsdiqləndi – ADLAR
Elmar Məmmədov
Elmar Məmmədov Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının Təşkilat şöbəsində baş məsləhətçi vəzifəsində çalışır. O, daha əvvəl YAP-ın Gənclərlə iş şöbəsində baş məsləhətçi vəzifəsini tutub.Sevinc Abdullayeva
Yeni Azərbaycan Partiyasının Binəqədi Rayon Təşkilatının sədrinin müavini postunu tutur.Elçin Xələfov
Xələfov Elçin Abuzər oğlu 1972-ci ildə anadan olub. 2013-cü ilin fevral ayından indiyədək Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının prorektorudur. 70-dən çox elmi məqalənin və əsərin müəllifidir. MSK-da bitərəf deputatları təmsil edəcək.Bizim.Media
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.