AZ

Azərbaycanda dəhşətli qəza

Lerikdə QAZ-66 dərəyə aşıb, 27 yaşlı sürücü ölüb.

NOCOMMENT.az xəbər verir ki, hadisə saat 13 radələrində Lerik rayonunun Nəsodi kəndi ərazisində qeydə alınıb. Astara rayonunun Motlayataq kənd sakini 1999-cu il təvəllüdlü Həmzə Pənah oğlu Mirseyidzadə idarə etdiyi QAZ-66 markalı yük avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi dərəyə aşıb. Ağır xəsarət alan sürücü yaxınlarının köməyi ilə Lənkəran rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunsa da, həkiməqədər ölüm faktı baş verib.

Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Aliyə

Seçilən
2
nocomment.az

1Mənbələr