Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Almaniya səfiri Aleksandr Lambsdorffun Rusiya Xarici İşlər Nazirliyinə çağırılması ilə bağlı xəbərləri təsdiqləyib.
Publika.az xəbər verir ki, “RİA Novosti”nin Almaniya diplomatik missiyasının rəhbərinin həqiqətən Xarici İşlər Nazirliyinə dəvət olunub-olunmadığı barədə sualına Zaxarova lakonik şəkildə təsdiqləyici cavab verib: "Bəli".
Qeyd etmək lazımdır ki, daha əvvəl Almaniya mediası bu barədə məlumat vermişdi. Məlumata görə, Aleksandr Lambsdorfun Rusiya Xarici İşlər Nazirliyinə çağırılmasının səbəbi Almaniyanın siyasi xadimləri və terrorçu kimi tanınan təşkilatlar arasında ehtimal olunan əlaqələrlə bağlıdır.