AZ

“Azərbaycanın ziyalı xanımları” ensiklopediyasında Ədəbiyyat İnstitutunun alimlərinə yer ayrılıb

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bakı, 27 aprel, AZƏRTAC

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun alimlərinə də “Azərbaycanın ziyalı xanımları” ensiklopedik kitabında yer ayrılıb.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, dosent Kifayət Xudaverdiyevanın müəllifliyi, professor Nadir Məmmədlinin elmi redaktorluğu ilə işıq üzü görən kitabda Azərbaycanın elmi, mədəni, siyasi və ictimai həyatında mühüm iz qoymuş qadınların həyat və fəaliyyəti haqqında məlumatlar toplanılıb.

Nəşrdə Ədəbiyyat İnstitutunun Azərbaycan şifahi xalq ədəbiyyatı və yazılı abidələr şöbəsinin aparıcı elmi işçiləri filologiya üzrə fəlsəfə doktorları, dosnetlər Tahirə Əbil qızı Bağırova və Nigar Fəxrəddin qızı İsayeva haqqında da biblioqrafik məlumatlar verilib. Kitabdakı məlumatlar əlifba sırası ilə həm Azərbaycan, həm də ingilis dillərindədir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
45
azertag.az

1Mənbələr