"Bayern Münhen"in hücumçusu Harri Keyn Çempionlar Liqasının yarımfinalında PSJ ilə qarşılaşacaq komandasının qorxmalı olduğu məqamdan danışıb.
Fanat.Az xəbər verir ki, "Bild" ingilis forvardın dediklərini belə çatdırıb:
"Pressinqimizi tənzimləməsək, rəqiblərimizin əks-hücumlarını idarə edə bilməsək və topu bir-birimizə dəqiq ötürməsək, PSJ-nin işini asanlaşdıracaq. Belə vəziyyətlərdə rəqibi daha da təhlükəli hala gətirəcəyik".
Vinsent Kompaninin baş məşqçisi olduğu komanda şənbə günü Bundesliqada "Maynts"la görüşün fasiləsinə 0:3 hesabı ilə geridə yollanmasına baxmayaraq, sonda rəqibini 4:3 yenib. Belə qeyri-sabitlik Fransa səfərindən əvvəl komandanın liderini narahat edir.
Tərəflərin ilk oyunu sabah Parisdə keçiriləcək. İki oyunluq mübarizənin qalibi finalda "Arsenal" və ya "Atletiko Madrid"dən biri ilə qarşılaşacaq.
Mirağa