AZ

Azərbaycan-Ukrayna münasibətləri strateji həmrəylik prinsiplərinə əsaslanır - Kamaləddin Qafarov

Bakı. Trend:

2008 və 2011-ci illərdə imzalanmış strateji tərəfdaşlıqsənədləri Azərbaycan-Ukrayna münasibətlərinin siyasiarxitekturasını yaradıb.

Bu fikri Trend-əaçıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarovsəsləndirib.

Onun fikrincə, ərazi bütövlüyü və suverenliyin qarşılıqlıdəstəklənməsi isə bu əməkdaşlığı adi dövlətlərarası münasibətlərdəndaha yüksək səviyyəyə qaldırır: “Bu baxımdan Ukrayna Prezidentininaprelin 25-də Azərbaycana rəsmi səfəri təkcə praktiki əməkdaşlıqgündəliyi ilə deyil, münasibətlərin dərin siyasi fəlsəfəsi ilə dədiqqət çəkdi. Bu fəlsəfənin mərkəzində isə qarşılıqlı etimad,suverenliyə hörmət və strateji həmrəylik dayanır”.

Fikirlərini davam etdirən millət vəkili bildirib ki, məhz qeydolunan bu prinsipial xətt ölkəmizin Prezidenti İlham Əliyevtərəfindən reallaşdırılan xarici siyasətində ardıcıl şəkildəqorunur: “Azərbaycanın beynəlxalq münasibətlərdə prinsipial vəetibarlı tərəfdaş kimi mövqelənməsi də dövlət başçısının ardıcılhəyata keçirdiyi bu kursun nəticəsidir. Bu gün bir çox dövlətlərinölkəmizlə əməkdaşlığa xüsusi önəm verməsi də bununla bağlıdır.

Prezident İlham Əliyevin bəyanatında qeyd olunduğu kimi, sondörd ildə Ukrayna lideri ilə yeddi görüşün keçirilməsi, sadəcə,diplomatik statistika deyil. Bu, siyasi etimadın göstəricisidir.Münxendə keçirilən son görüşdən iki ay sonra Bakıda yeni təmasınbaş tutması əlaqələrin dinamik xarakterini nümayiş etdirir. Busəfər həm də Azərbaycan Prezidentinin beynəlxalq siyasətdə dialoqvə balans fəlsəfəsinin effektivliyini göstərdi. Azərbaycan heç vaxtmünasibətlərini mövcud vəziyyətin məhdud çərçivəsi daxilindəqurmayıb. Məhz buna görə də bu gün Bakı etibarlı tərəfdaş,məsuliyyətli aktor və sözünün sahibi olan dövlət kimi qəbul edilir.Azərbaycan-Ukrayna münasibətlərində bu etimad amili gələcəkəməkdaşlığın da əsas təminatıdır. Hökumətlərarası komissiyanın vəxarici siyasət məsləhətləşmələrinin davamı ilə bağlı müzakirələrbunun institusional əsaslarının da möhkəmləndiyini göstərir. Nəticəetibarilə, Ukrayna liderinin ölkəmizə səfəri bir daha nümayişetdirdi ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti təkcəAzərbaycanın beynəlxalq nüfuzunu gücləndirmir, eyni zamanda, bunüfuzu konkret strateji tərəfdaşlıqlara çevirir. Bu isə müasirgeosiyasi reallıqlarda Azərbaycanın mühüm üstünlüyüdür” .

Məqalədə:
Seçilən
64
12
az.trend.az

4Mənbələr