AZ

Malidə müdafiə nazirinin öldürülməsi ilə bağlı matəm elan olunub

Bakı, 27 aprel, AZƏRTAC

Mali hakimiyyəti müdafiə naziri Sadio Kamaranın üsyançılar tərəfindən öldürülməsi ilə bağlı ölkədə ikigünlük matəm elan edib.

AZƏRTAC xəbər verir ki, bu barədə hökumətin nümayəndəsi İssa Usman Kulibali milli radioda çıxış edərkən bildirib. Onun sözlərinə görə, matəm müddətində bütün ictimai binalarda və müəssisələrdə bayraqlar endiriləcək.

Apreldə 25-də üsyançı qrupların Malinin bir neçə şəhərinə koordinasiyalı hücumları nəticəsində müdafiə naziri Sadio Kamara öldürülüb. Mali Silahlı Qüvvələrinin Baş Qərargahı həmin gün silahlıların bütün hücumlarının dəf olunduğunu və onlara ciddi ziyan dəydiyini bildirib. Döyüşlər aprelin 26-da əsasən ölkənin şimal-şərqdəki Kidal şəhərində, eləcə də Qao və Sevare şəhərlərinə yaxın rayonlarda davam edib.

Seçilən
14
azertag.az

1Mənbələr