AZ

“Bəs Qurana and içmişdiniz?!” Aida Eyvazlının Zöhran Məmdaniyə məktubu

Azvision saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Nyu-York şəhərinin meri Zohran Məmdani, siz 1915-ci il hadisələri ilə bağlı paylaşımınızda Azərbaycanı və Türkiyəni 2020-ci ildə Qarabağın erməni əhalisinə hücumda və onları Qarabağdan qovmaqda ittiham etmisiniz. Siz bu hadisələri “100 il əvvəl başlamış soyqırım kampaniyasının davamı” adlandırmısınız. Cənab Məmdani, sizin müsəlman, türk, ərəb tarixindən xəbəriniz varmı?! Azərbaycan və Türkiyə haqqında yazdıqlarınız göstərir ki, yox. Mən sizdən fərqli olaraq, Amerikanın qırmızıdərililərə qarşı etdiyi soyqırımın tarixini gözəl bilirəm. Azərbaycan tarixini oxusanız, ortaq müsəlman tarixinə nəzər salmaq istəsəniz, o zaman Azərbaycanın və azərbaycanlıların, türklərin dünya tarixində etdikləri qəhrəmanlıqlardan, doğma torpaqlarını qorumaq üçün göstərdikləri fədakarlıq və şücaətlərdən xəbəriniz olardı. Yazıq o şəxsə ki, ittiham etdiyi, günahlandırdığı bir xalqın tarixini bilmədən, şayiələrə uyaraq danışır. Mən sizə 1924-cü ildə Atatürklə görüşdükdən sonra Amerikaya bu haqda məlumat verən general Harbordun yazdıqlarından bir neçə sətri xatırlatmaq istəyirəm. ABŞ Prezidenti Vudro Vilson tərəfindən Ermənistanla münasibətləri araşdırmaq üçün Yaxın Şərqə xüsusi komissiya göndərilmişdi. General-mayor Ceyms Harbord araşdırmalarından sonra hazırladığı hesabatda yazmışdı: “Ermənilərin qırğına məruz qaldığı iddiaları doğru deyil... Parisdən yola düşməzdən əvvəl Zaqafqaziyadan aldığımız teleqramlarda iddia edildiyi kimi, bütün səyahətimiz boyunca türklərin sərhədi keçib erməniləri qırmaq niyyətində olduqlarına dair heç bir əlamət görmədik”. Siz Amerikanı özünüzə Vətən bilirsinizsə, o zaman heç olmazsa, ittihamınızı əsaslandırmaq üçün gərək General-mayor Harbordun Amerikanın arxivlərində saxlanılan hesabatı dərindən öyrənəydiniz. Tarixi qarışdırmaq, əsassız iddialar etmək rep oxumaq qədər asan deyil. Bir xalqın öz torpaqları uğrunda apardığı mübarizəni “soyqırımın davamı” adlandırmaq hansı vicdana, hansı məsləkə sığar? Mən belə başa düşürəm ki, siz ermənilərin “Daşnaksütun”un Amerikadakı qalıqlarının və rus ordusunun köməkliyi ilə 1992-ci ildə bizim tarixi torpaqlarımız olan Qarabağda və Xocalıda törətdikləri faciəni saya salmırısınız. Erməni separatçıları bizim xaqlqın nümayəndələrini öz tarixi torpaqlarından silah gücünə didərgin saldılar, onların mal-mülkünə sahib oldular. O zaman siz körpə idiniz - 1 yaş 8 aylıq. Sizin yaşınızda olan azərbaycanlı körpələri erməni daşnakları güllələyib qılıncdan keçirmiş, analarının döşünü kəsib, zorlamışdılar. Siz Nyu York şəhərinin meri seçiləndə Qurana əl basıb, and içmisiniz. Siyasi fəaliyyətinizə nəzər salanda görürüəm ki, insan haqlarının qorunması üçün bir çox kampaniyalarda iştirak etmisiniz. Bəs niyə bizim başımıza gələn faciələrə, əlimizdən zorla alınan torpaqlarımızda erməni gülləsi ilə həlak olan insanlara heç ürəyiniz yanmadı? Budurmu sizin andınız, Quranınız? Axı Quranda yazılır ki, məzlumun haqqını pozmazlar. Bəs Qarabağda 30 il doğma yurdlarından didərgin salınmış azərbaycanlıların haqqını görmək istəməməyinizin Tanrı tərəfindən necə qarşılanacağından xəbəriniz varmı? Bu gün Amerika bir dövlət kimi Azərbaycanın yanındadır və Zəngəzur dəhlizinin açılmasında bizə yardımçı olur. Regiona bizim gətirdiyimiz sülhün tərəfdarıdır. Azərbaycan və Ermənistan arasındakı sülh danışıqlarının Ağ Evdə imzalanması da sizə heç nə demirmi? Bəzən belə də olur, siyasətçilər siyasi meydana qatıldıqdan , öz məqsədlərinə çatdırdan sonra verdilklər andı, sözü unudurlar. Siz də Qurana and içəndə əhalisinin 80 faizi müsəlman olan azərbaycanlıların haqqını unutdunuz.

Tanrı haqq divanında sizin kimi insanları bağışlamır!”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
30
azvision.az

1Mənbələr