AZ

Bakıda binaların həyətini zəbt edənlərə qarşı tədbir görüldü Sənədin FOTOSU

Demokrat.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bakıda çoxmənzilli binaların həyətində yaşanan parklanma problemi Nərimanov rayonunda narazılıq doğurması barədə məlumat vermişdik. Məmməd Araz küçəsi 23-25 ünvanı ünvanında yaşayan sakinlər ümumi istifadə sahəsinin sürücülərdən biri tərəfindən zəbt edilməsindən narahat idilər.Sakinlərin Demokrat.az-a bildirdiyinə görə 10-FL-017 dövlət qeydiyyat nişanlı "Land Rover" markalı avtomobilin sahibi bina qarşısında özbaşına xüsusi qurğu quraşdırıb. Həmin ərazi bütün bina sakinlərinin bərabər hüquqlu istifadəsi üçün nəzərdə tutulsa da sürücü yeri yalnız özü üçün bağlayaraq qanunsuz parkinq zonası yaradıb.Məhəllədə onsuz da avtomobillər üçün yer qıtlığı yaşandığını deyən sakinlər hər gün boş sahə tapmaq üçün 15 dəqiqə vaxt itirdiklərini vurğulayıblar. Belə sıxlıqda ümumi ərazinin bir nəfər tərəfindən qanunsuz mənimsənilməsi digər sürücülərin hərəkətini və parklanma imkanlarını tamamilə məhdudlaşdırıb.Fövqəladə Hallar Nazirliyi (FHN) sorğumuza cavab olaraq bildiriblər ki, Nazirliyin Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları sözügedən ünvanda yoxlama aparıblar. Araşdırma zamanı məlum olub ki, Məmməd Araz küçəsi 23-25 ünvanında sakinlər tərəfindən qanunsuz parklanma zonaları təşkil edilib. Həyətə gedən yola müxtəlif maneələr və əşyalar düzülərək avtomobillərin, xüsusilə də yanğınsöndürən texnikaların hərəkəti çətinləşdirilib.Müəyyən edilən qayda pozuntuları ilə bağlı dərhal tədbirlər görülüb. Nərimanov Rayon İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfat Birliyinin işçiləri əraziyə cəlb olunub. Qanunsuz quraşdırılan bütün konstruksiyalar sökülərək ərazidən uzaqlaşdırılıb. Hazırda yaşayış binasının həyətinə gedən yolda sərbəst və maneəsiz hərəkət tam bərpa olunub.Kənan

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
51
demokrat.az

1Mənbələr