AZ

Sırski: Ukrayna tükətmə müharibəsi əvəzinə asimmetrik strategiya seçir

Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski latviyalı həmkarı Kaspars Pudans ilə PURL proqramının icrası məsələlərini müzakirə edib.

"Far.Az" xəbər verir ki, bu barədə Sırski özünün "Telegram" səhifəsində yazıb.

Sırski həmçinin Dronlar koalisiyasında Latviyanın liderlik roluna və IT sahəsindəki dəstəyinə görə minnətdarlığını bildirib.

"Latviyalı həmkarıma döyüş təmas xəttindəki mövcud vəziyyət barədə məlumat verdim. Düşmənin böyük resurslara malik olduğu bir şəraitdə Ukrayna "tükətmə müharibəsi" modeli əvəzinə asimmetrik strategiya seçir", - Sırski deyib.

Ukrayna Silahlı Qüvvələrinin baş komandanı vurğulayıb ki, onların əsas vəzifələri Rusiya Silahlı Qüvvələrinin qarşısını almaq və ərazisinin dərinliyində yerləşən hərbi-sənaye kompleksinin arxa cəbhə obyektlərinə hücum etməkdir.

"Bunun üçün tərəfdaş dövlətlər tərəfindən Ukraynaya təsirli dəstəyin davam etdirilməsi son dərəcə vacibdir. Biz bütün birləşmiş Avropanın sülh və təhlükəsizliyi maraqları naminə gələcək əməkdaşlığa ümid edirik", - Sırski qeyd edib.

PURL (Prioritized Ukraine Requirements List) - Ukrayna üçün kritik əhəmiyyət kəsb edən silahların sürətləndirilmiş şəkildə alınması və tədarükü məqsədilə 2025-ci ilin yayında başlanmış ABŞ və NATO-nun birgə proqramıdır.

Seçilən
1
far.az

1Mənbələr