AZ

İclasa bir saat qalmış: Məhkəmə niyə təxirə düşdü?

İsrailin korrusiya faktı üzrə mühakimə olunan Baş naziri Benyamin Netanyahunun bu gün keçirilməsi planlaşdırılan məhkəmə iclası başlamasına cəmi bir saat qalmış "təhlükəsizlik" səbəbi ilə ləğv edilib.

"Cebheinfo.az"-ın İsrailin "Yedioth Ahronoth" qəzetinə istindən verdiyi məlumata görə, təxminən 2 aylıq fasilədən sonra bu gün ifadə verməsi gözlənilən Netanyahunun məhkəmə prosesi təxirə salınıb.

Netanyahunun vəkili Amit Hadad, İrana qarşı hücumlar səbəbindən təxminən 2 aydır ifadə verməyən İsrail Baş nazirinin məhkəməsinin "təhlükəsizlik" əsas gətirilərək ləğv edilməsi üçün vəsatət qaldırıb.

Məhkəmə iclasın başlamasına bir saat qalmış bu tələbi qəbul edərək məhkəməni ertələyib.

Netanyahu ABŞ ilə İran arasında atəşkəs əldə edildikdən sonra keçən 2 həftə ərzində "təhlükəsizlik" səbəbi ilə məhkəmələrin təxirə salınmasını tələb etmiş, onun bu istəyi məhkəmə tərəfindən müsbət qarşılanmışdı.

Seçilən
44
cebheinfo.az

1Mənbələr