AZ

Balıq şorbası vermişelli RESEPT

ain.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu şorbanın əsas xüsusiyyəti ondadır ki, vermişellə hazırlanır və istənilən növ balıqdan istifadə etmək olar. Nəticədə yüngül, dadlı və doyumlu yemək alınır.

Lent.az bu resepti təqdim edir:

İnqrediyentlər

500 qram hek balığı filesi

40 qram xırda vermişel

3 ədəd kartof

1 ədəd soğan

1 ədəd kök

2 xörək qaşığı bitki yağı

1 ədəd dəfnə yarpağı

duz, qara istiot

göyərti (cəfəri, şüyüd)

1,5 litr su

Hazırlanma qaydası

Əvvəlcə balıq filesini əridin, yuyun və orta ölçülü hissələrə bölün. Kartof, soğan və kökü təmizləyin. Kartofu kiçik kub şəklində doğrayın, soğanı xırda doğrayın, kökü isə orta ölçülü sürtgəcdən keçirin.

Qazana su əlavə edin, kartofu tökün və qaynamağa qoyun. Kartof təxminən 15 dəqiqə bişməlidir. Bu arada tavada bitki yağını qızdırın, üzərinə soğan və kökü əlavə edib yumşalana qədər qovurun. Sonra balığı kartofun üzərinə əlavə edin, ardınca qovrulmuş tərəvəzləri, dəfnə yarpağını və ədviyyələri qatın.

Qarışığı qaynadın və təxminən 5 dəqiqə bişirin. Daha sonra vermişeli əlavə edin və 2-4 dəqiqə daha bişirin. Şorbanı oddan götürün, boşqablara paylayın və üzərinə xırda doğranmış göyərti səpin.

Nuş olsun!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
55
lent.az

1Mənbələr