AZ

“New York Post”: Atəş açan şəxs ABŞ hakimiyyətini Ukraynaya görə tənqid edirdi

Ağ Evin qəbulunda atəş açan Kol Tomas Allen Ukraynaya yardımı dəstəkləyirmiş.

İnterpress.az xəbər verir ki, bu barədə “New York Post” məlumat yayıb.

Aprelin 26-da məlum olub ki, Ağ Evdə təşkil olunan tədbir zamanı atəş açan Kol Tomas Allen ABŞ hakimiyyətinin Ukraynaya yardımı dayandırmasını sərt şəkildə pisləyib.

İstintaq və media araşdırmaları nəticəsində məlum olub ki, Allen hadisədən əvvəl sosial şəbəkələrdə Vensin Ukraynaya yardımların kəsilməsi ilə bağlı mesajlarını tənqid edib.

O, atışma hadisəsindən əvvəl Ukrayna Silahlı Qüvvələri (USQ) üçün vəsait toplanması aksiyalarına rəhbərlik edib.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
1
interpress.az

1Mənbələr