AZ

Hesab edirəm ki, bu islahatlar dövlətin sosial siyasətinin humanist və inklüziv mahiyyətini bir daha nümayiş etdirir- Cəsarət Hüseynzadə

Əlillik sahəsində son illərdə həyata keçirilən islahatlar sosial müdafiə sisteminin daha çevik və vətəndaşyönümlü şəkildə qurulmasına xidmət edir. Mövzu ilə bağlı QHT.az-a açıqlama verən Cəsarət Hüseynzadə bildirib ki, müalicə müddəti tələb olunmadan əlilliyin qiymətləndirilməsi üçün əsas verən xəstəliklərin sayının 5-dən 73-ə çatdırılması mühüm irəliləyişdir.

Onun sözlərinə görə, bu dəyişikliklər vətəndaşların uzun gözləmə müddəti olmadan tibbi-sosial ekspertiza müayinəsinə yönləndirilməsini asanlaşdırıb və ümumi prosesi daha operativ edib.

Cəsarət Hüseynzadə xüsusilə ağır və geri dönməz xəstəliklərdən əziyyət çəkən şəxslər üçün zaman faktorunun vacibliyini vurğulayaraq qeyd edib ki, yeni yanaşma həmin şəxslərin sosial müdafiə tədbirlərinə, müavinət və digər dəstək mexanizmlərinə daha sürətli çıxış əldə etməsinə şərait yaradır.

O əlavə edib ki, bu addımlar həm sosial ədalətin gücləndirilməsinə, həm də vətəndaş məmnuniyyətinin artmasına xidmət edir:

“Bu islahatlar dövlətin sosial siyasətinin humanist və inklüziv mahiyyətini bir daha nümayiş etdirir. Eyni zamanda, vətəndaş cəmiyyəti institutları olaraq bizim də vəzifəmiz bu prosesləri izləmək, ictimai rəy və geribildirimləri toplamaq və xidmətlərin keyfiyyətinin daha da artırılmasına töhfə verməkdir.”- deyə Cəsarət Hüseynzadə açıqlamasında qeyd edib.

Zəhra Ağayeva

Seçilən
51
qht.az

1Mənbələr