Mərkəzi Seçki Komissiyasının (MSK) indiki tərkibi fəaliyyət dövrü ərzində Azərbaycan dövlətçiliyinə sadiqlik nümayiş etdirib. Bunu deputat Fəzail İbrahimli deyib.
“Keçən dövr ərzində bu komanda Azərbaycan dövlətçiliyinə sadiq olub”, - o bildirib.
Deputat MSK sədri Məzahir Pənahovun rəhbərlik etdiyi komandanı da müsbət qiymətləndirib.
“Məzahir Pənahovun rəhbərlik etdiyi komanda yaxşı komandadır. Ümid edirəm ki, bu komandanın fəaliyyəti gələcək dövrlər üçün tədqiqat mövzusu olacaq”, - deputat əlavə edib.
Gülnar Nazimqızı