AZ

İstanbulda qumar şəbəkəsi əməliyyatı - 11 nəfər həbs edilib

Türkiyənin İstanbul şəhərində qanunsuz qumar əməliyyatları ilə məşğul olan 11 şübhəli saxlanılıb.

Missiya.Az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə İstanbul Polis İdarəsi məlumat yayıb.

Araşdırmalarda şübhəlilərin bankomatlardan nağd pul çıxarmaqla və bu vəsaitlərin köçürülməsində vasitəçi kimi çıxış etməklə qanunsuz mərc fəaliyyətindən əldə edilən pulların maliyyə dövriyyəsinə kömək etdikləri müəyyənləşib. Onların hesablarında 6,5 milyon manat əməliyyat həcmi aşkarlanıb.

Saxlanılan 11 şübhəli hələ də polis bölməsində dindirilir.

İlahə Qənbərli

Missiya.Az

Seçilən
55
missiya.az

1Mənbələr