AZ

Məleykə Abbaszadə xarici dil imtahanı ilə bağlı əvvəlki mövqeni səhv saydı

Bakı. Trend:

Buraxılış imtahanlarına xarici dil fənnini əlavə etməkistəmirdik, o vaxtkı təhsil naziri isə etiraz etdi və biz buraxılışimtahanlarına xarici dil fənnini daxil etdik.

Trend xəbərverir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədriMəleykə Abbaszadə bu gün keçirilən “Tam orta təhsil səviyyəsindəxarici dil fənləri üzrə qiymətləndirmə: yeni yanaşmalar vəperspektivlər” adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, həmin vaxt bəzi məktəblərdə müəllimçatışmazlığı, bəzi məktəblərdə xarici dil fənninin tədrisedilməməsi səbəbilə, buraxılış imtahanlarına bu fənni daxil etməkfikri məqsədəuyğun hesab edilməyib.

"İndi isə başa düşürəm ki, o vaxt bizim etirazımız səhv imiş.Biz imtahanlarımızı beynəlxalq imtahanlara uyğunlaşdırıq. 100 minadamın danışmağını yoxlamaq üçün eyni qədər müəllim tələb edilir,bu isə mümkünsüzdür.

Dinləmə imtahanında pis eşitdiklərini deyirlər. Dili eşidibanlamağı bacarmayan şəxs elə bilir ki, danışan pis danışır və yaeşidə bilmir".

Seçilən
71
3
az.trend.az

10Mənbələr