Deputat bildirib ki, səfir 2024-cü il parlament seçkiləri zamanı cəmiyyəti mövcud hakimiyyəti deyil, müxalifəti dəstəkləməyə çağırmaqla diplomatik etikadan kənara çıxıb. Herçinskinin bəyanatlarını tarixi paralellərlə müqayisə edən Maçaraşvili, rus ekzarxlarının vaxtilə gürcüləri rus dilində təhqir etdiyini, indiki səfirin isə bunu ingilis dilində etdiyini vurğulayıb.
O, həmçinin Aİ bürokratiyasının Gürcüstan Patriarxının vəfatı ilə bağlı lazımi həssaslıq göstərmədiyini qeyd edərək, rəsmi cavabın Xarici İşlər Nazirliyi tərəfindən veriləcəyini bəyan edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31