AZ

Moskvada hava nəqliyyatı bu səbəbdən iflic olub

Bakı. Trend:

Rusiyanın paytaxtı Moskvada güclü qar çovğunu yerli havalimanlarından uçuş həyata keçirən aviaşirkətlərin qrafiklərindədəyişikliklərə səbəb olub.

Trend bu barədəRusiya mediasına istinadən xəbər verir.

Məlumata görə, aprelin 26-dan 27-nə keçən gecə 50-dən çoxtəyyarə paytaxtda qalıb. Onlar əlverişsiz hava şəraiti, güclü qaryağıntısı və görünüş məsafəsinin min metrdən az olması səbəbindənuça bilməyib.

Hazırda Vnukovo Airport hava limanında reyslər təxirəsalınır.

“Bu reyslərin sərnişinləri təyyarələrdən endirilib və terminaldahava şəraitinin yaxşılaşmasını gözləyirlər”,- hava limanınınmətbuat xidməti bildirib.

Qeyd olunur ki, uçuşları gecikdirilən sərnişinlərə “FederalAviasiya Qaydaları” çərçivəsində zəruri xidmətlər göstərilir.

Qeyd edək ki, ötən gün Moskvaya bir gün ərzində aylıq yağıntınormasının yarısı düşüb. Meteoroloqun proqnozuna əsasən, qaryağıntısı mayın əvəllərinə qədər səngiməyəcək.

Məqalədə:
Seçilən
80
az.trend.az

1Mənbələr