AZ

Məleykə Abbaszadə xarici dil imtahanına edilən dəyişikliklərdən danışdı

BAKI, 27 aprel. TELEQRAF

“Xarici dil fənləri üzrə 2027-ci ildə tətbiqi nəzərdə tutulan imtahan modelinin , yeni yanaşmanın əsas məqsədinin şagirdlərin dil bacarıqlarını daha real, funksional və kommunikativ kontekstdə ölçməkdir”.

Teleqraf xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə Tam orta təhsil səviyyəsində xarici dillər üzrə qiymətləndirmə: yeni yanaşmalar və perspektivlər” mövzusunda tədbirdə deyib.

Sədr yeni imtahan modelinin müəllimlər üçün də tədris prosesini daha məqsədyönlü planlaşdırmağa və yazı bacarığının sistemli inkişafına şərait yaradacağını vurğulayıb.

Məleykə Abbaszadə dəyişikliklərin ictimaiyyətin daha geniş kütlələrinə çatdırılması məqsədilə regionlarda da analoji tədbirlərin təşkil olunmasının nəzərdə tutulduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, tədbirdə xarici dil fənləri üzrə ekspertlər və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan məktəblərin qabaqcıl xarici dil müəllimləri iştirak edirlər.

Seçilən
43
18
teleqraf.com

10Mənbələr