AZ

Keçmiş baş nazirlər Netanyahuya qarşı BİRLƏŞDİ

Ajans.az Bloomberg-ə istinadən xəbər verir ki, “Birlikdə” adlandırılan partiyaya Naftali Bennet rəhbərlik edəcək. O, son sorğulara əsasən, Netanyahuya qarşı ən güclü rəqiblərdən biri hesab olunur. Bennet 2022-ci ildə seçkilərdə məğlub olduqdan sonra siyasətdən müvəqqəti uzaqlaşmışdı. Yair Lapid isə hazırda Yeş Atid partiyası vasitəsilə müxalifətə rəhbərlik edir. Hər iki siyasətçi daha əvvəl Netanyahunu hakimiyyətdən uzaqlaşdıran koalisiya hökumətində birlikdə çalışıblar, lakin bu hökumət 2022-ci ildə süqut edib. Məlumata görə, Netanyahu bundan sonra İsrail tarixində ən sağçı və dini yönümlü hökumətlərdən birini formalaşdırıb. Onun siyasəti rəqibləri tərəfindən bölücü və antidemokratik kimi qiymətləndirilir. Bennet və Lapidin birgə bəyanatında partiyaların vahid siyasi platformada birləşdirildiyi və bunun “islahat blokunun” gücləndirilməsinə xidmət etdiyi bildirilib. Onlar qeyd ediblər ki, məqsəd daxili çəkişmələri aradan qaldırmaq və seçkilərdə qələbə qazanaraq islahatları həyata keçirməkdir.

Yeni razılaşmada əvvəlki kimi baş nazir postunun növbəli bölüşdürülməsi nəzərdə tutulmur. Son sorğulara görə, Bennet və Netanyahu arasında dəstək səviyyəsi demək olar ki, bərabərdir. Lapidin tərəfdarlarının da əlavə olunması halında isə yeni blokun parlamentdə ən böyük qüvvəyə çevrilməsi və hökumət qurmaq imkanı əldə etməsi ehtimal olunur.

Seçilən
66
Ajans.az

1Mənbələr