AZ

Daxili işlər naziri Göyçayda vətəndaşları dinləyib və gənclərin arasından seçim edib

Daxili

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov aprelin 26-da Göyçay rayonunda növbəti vətəndaş qəbulu keçirib.Bu barədə Ulusum.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, nazir əvvəlcə Göyçay rayonunda Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, əziz xatirəsini dərin hörmət və ehtiramla yad edib.Daha sonra polis şöbəsinin inzibati binasında Göyçay, İsmayıllı, Şamaxı, Ağdaş, Ucar, Qəbələ, Qobustan və Ağsu rayonlarından, eləcə də digər bölgələrdən qəbula gələn 226 vətəndaşın müxtəlif məsələlərlə bağlı müraciətləri dinlənilib.Qəbula gələn vətəndaşların müraciətlərinin operativ və qanunvericiliyin tələblərinə uyğun həlli, habelə vətəndaş məmnunluğunun təmin olunması məqsədilə nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə müvafiq tapşırıqlar verilib.Müraciətlərin böyük əksəriyyəti yerindəcə həll olunub, digərləri nəzarətə götürülüb.Səfər çərçivəsində general-polkovnik Vilayət Eyvazov polis və daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin sıra baxışını da keçirib.Sıra baxışında xidmətə qəbulun şərtlərinə uyğun gələn 230 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.

İlhamə

Müəllif

İlhamə Vəliqızı

Diqqət Çəkənlər

Xəzər dənizində zəlzələ baş verib

BƏƏ ABŞ prezidenti Donald Trampa qarşı atışmanı qətiyyətlə pisləyir

Cinayət törətməkdə şübhəli bilinən 82 nəfər saxlanılıb

Seçilən
3
20
ulusum.az

10Mənbələr