Ağ Ev Müxbirləri Assosiasiyasının qəbulunda atəş açan Kol Tomas Allen ABŞ-nin Vitse-prezidenti C.D. Vensi tənqid edib.
Redaktor.az xəbər verir ki, bu barədə “New York Post” qəzeti məlumat yayıb.
Bildirilib ki, Allen sosial şəbəkə olan "Bluesky"də Vensin Ukraynaya maliyyələşdirmənin dayandırılması ilə bağlı açıqlamasına etiraz edib.
Qeyd olunub ki, o, paylaşımında Kiyevə yardımın kəsilməsini tənqid edib.
Məlumata görə, Allen Vaşinqtondakı atışmadan əvvəl Ukrayna Silahlı Qüvvələri üçün ianə toplama tədbiri də təşkil edib.
Bildirilib ki, aprelin 25-də ABŞ-də prezidentin iştirak etdiyi Ağ Ev Müxbirləri Assosiasiyasının qəbulunda atışma baş verib.
Qeyd edək ki, hadisə zamanı yüksək vəzifəli şəxslərin mühafizəsinə cavabdeh olan Məxfi Xidmət əməkdaşı yaralanıb.
Məlumata əsasən, 31 yaşlı Kol Tomas Allen saxlanılıb və araşdırma aparılır.
Aminə ŞAHSUVARQIZI