İran ABŞ-a Hörmüz boğazını yenidən açmaq və müharibəyə son qoymaq üçün yeni bir təklif təqdim edib. "Axios" xəbər saytının məlumatına görə, nüvə danışıqlarının isə sonrakı mərhələyə təxirə salınması təklif olunur.
Mənbələrə görə, Arakçi İslamabadda keçirilən danışıqlar zamanı nüvə məsələsini müvəqqəti olaraq kənara qoymaq planını gündəmə gətirib.
ABŞ mediasının məlumatına görə, Pakistanın vasitəsilə ABŞ-a çatdırılan yeni təklif əsasən boğaz böhranının həllinə və ABŞ-ın blokadasına yönəlib.
Üç ABŞ rəsmisinin sözlərinə görə, Trampın bu gün İranla bağlı yüksək səviyyəli milli təhlükəsizlik və xarici siyasət qrupu ilə görüş keçirəcəyi gözlənilir.
Tahir TAĞIYEV