AZ

Tramp ona qarşı irəli sürülən ittihamları sərt şəkildə rədd etdi

ABŞ prezidenti Donald Tramp Ağ Ev Müxbirləri Assosiasiyasının şam yeməyində baş verən insidentlə bağlı saxlanılan şübhəli Kol Tomas Allenin ona qarşı irəli sürdüyü iddialara münasibət bildirib.

Turkustan.az xəbər verir ki, CBS televiziyasına müsahibəsində Tramp aparıcının Allenin qeydlərindən “təcavüzkar” və “pedofil” kimi ittihamları səsləndirməsinə sərt reaksiya verib. ABŞ prezidenti bu iddiaları qəti şəkildə rədd edərək, “Mən təcavüzkar deyiləm, heç kimə təcavüz etməmişəm, pedofil deyiləm” deyə bildirib.

Tramp şübhəlinin bu ifadələrini “xəstə insanın boşboğazlığı” adlandırıb və aparıcını həmin sözləri efirdə səsləndirdiyinə görə tənqid edib.

Müsahibənin davamında Tramp aparıcıya “Bu hissəni oxuyacağınızı bilirdim. Çünki siz dəhşətli insanlarsınız” deyə müraciət edib və irəli sürülən iddiaların onunla heç bir əlaqəsi olmadığını vurğulayıb.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
26
1
turkustan.az

2Mənbələr