Federal Təhqiqat Bürosunun (FTB) direktoru Keş Patel tezliklə vəzifəsindən ayrıla bilər.
Publika.az xəbər verir ki, bu barədə "Politico" qəzeti rəsmi şəxsə istinadən məlumat yayıb.
Nəşrin mənbəsi bildirib ki, "Bu, sadəcə zaman məsələsidir".
Rəsmi şəxsin sözlərinə görə, Patelin işdən çıxarılmasının əsas səbəblərindən biri onun haqqında çoxlu sayda mənfi xəbərlərin olmasıdır. Rəsmi şəxs qeyd edib ki, bu cür materiallar "kabinet nazirini yaxşı göstərmir" və ABŞ prezidenti Donald Tramp kəşfiyyat agentliyi direktoru ilə bağlı qalmaqalların daim diqqəti yayındırmasından bezib.
Departamentin özü Patelin gələcəyi ilə bağlı məlumatlara şərh verməkdən imtina edib.