AZ

Apple ən bahalı notbukunu hazırlayır

Demokrat.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

"Apple" noutbuk bazarında inqilab etməyə hazırlaşır. Şirkət indiyədək istehsal etdiyi ən bahalı və ən texnoloji model olan "MacBook Ultra" üzərində işləyir.Demokrat.az xəbər verir ki, bu barədə məlumatı nüfuzlu insayder Mark Qurman paylaşıb.Yeni noutbukun "MacBook Pro" seriyasını kölgədə qoyacağı gözlənilir. Qurmanın sözlərinə görə, "Ultra" modelinin əsas özəlliyi sensorlu OLED ekranla təchiz edilməsidir. Bu isə o deməkdir ki, istifadəçilər artıq noutbuku yalnız klaviatura və siçanla deyil, həm də birbaşa ekran vasitəsilə idarə edə biləcəklər. Bundan əlavə, cihazda "iPhone" smartfonlarından tanınan "Dynamic Island" funksiyasının yer alacağı bildirilir.Texniki göstəricilər də kifayət qədər iddialıdır. Cihazın 2 nanometrlik texnoloji proseslə hazırlanan M6 Pro və M6 Max prosessorları ilə təchiz edilməsi planlaşdırılır. Bu, noutbukun həm məhsuldarlığını artıracaq, həm də enerjiyə daha çox qənaət etməsini təmin edəcək. Məlumata görə, "Apple"ın bu möhtəşəm yeniliyi 2027-ci ilin əvvəlində təqdim olunacaq.İsmayıl

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
92
demokrat.az

1Mənbələr