İran ABŞ-yə Hörmüz boğazının açılması müqabilində uran məsələsinin daha sonraya saxlanılmasını nəzərdə tutan təklif irəli sürüb.
Redaktor.az xəbər verir ki, bu barədə "Axios" portalı amerikalı rəsmi şəxsə və məsələ ilə bağlı məlumatlı olan daha iki mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, İranın xarici işlər naziri Abbas Əraqçi Tehranın Vaşinqtona göndərdiyi təklifi pakistanlı həmkarları ilə müzakirə edib.
Mənbənin sözlərinə görə, nazir Pakistan, Misir, Türkiyə və Qətərdən olan vasitəçilərə bildirib ki, Tehranda ABŞ tərəfinin uranın zənginləşdirilməsinin dayandırılması və ölkədən çıxarılması ilə bağlı tələbləri üzrə hələ yekun qərar yoxdur.
Hazırda ABŞ-nin İranın bu təklifinə necə yanaşacağı bəlli deyil.
NURİYYƏ